"Əzaların yerinə bərpa edilməsini həyata keçiririk" - Travmatoloq-ortoped cərrah Vüsal Mahmudov

Son zamanlarda təbabətin inkişafı ilə birlikdə bir çox xəstəliklərin müalicə üsulları da dəyişib, inkişaf edib. Maraqlıdır ki, bəzi yeniliklər heç də birmənalı qarşılanmır. Bunlardan biri də kök hüceyrə transferi prosedurudur.

"Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmuvodun Sfera.az-a söhbətində bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq. "Bizim ixtisasımız bir neçə hissəyə bölünür” – deyən V.Mahmudovun sözlərinə görə, bunlardan birincisi pediatrik ortopediyadır ki, burada da problemlər öz növbəsində iki cür olur: anadangəlmə problemlər, qazanılmış problemlər: "Anadangəlmə problemlər içərisində Azərbaycanda ən çox rast gəlinəni bud-çanaq oynağının çıxıqları, beyin iflici (serebral iflic deyə tanınır-red.), düzdabanlılıq və əyripəncəlilikdir. Bunlarla bərabər, qazanılmış problemlər arasında ilk yerləri oynaqlardakı deformasiyalar, böyümə qığırdaqlarının hər hansı bir səbəbdən pozulması, infeksion xəstəliklər nəticəsində baş vermiş qüsurlar tutur.

Sahəmizdə ikinci yerdə olan əsas problemlərdən biri daha çox yaşlı insanlarda rast gəldiyimiz oynaq xəstəlikləridir. Bunlar artrozlarla bağlıdır, hansı ki, qığırdaqların yeyilməsi, hərəkət məhdudiyyətinin olması ilə müşahidə olunur və bütün yaşlı nəslin başına gələ biləcək xəstəlikdir.

Üçüncü travmalarla bağlı yaranan problemlərdir. Travmaların içərisində ən çox rast gəlinən əl travmalarıdır. Bu istiqamətdə daha sıx-sıx xəsarətlərlə rastlaşırıq. Yaxud böyük qəzalarda əzalardan hansınınsa qopması hallarına tez-tez rast gəlirik. Həmin əzaların yerinə bərpa edilməsini həyata keçiririk. Bununla yanaşı, spor cərrahisi deyilən problemlərlə də rastlaşırıq. Yəni idmançılarla da işləyirik, əməliyyatdan tutmuş fizioterapevtik müalicələrinədək yerinə yetiririk. Bilirsiniz, ortopediya elə bir sahədir ki, fizioterapiyan olmazsa edilən əməliyyatların nəticəsi olmaz. Ona görə də biz "Baku Medical Plaza”da bütün fizioterapiya şəraitini qurmuşuq”.

Həmsöhbətimiz deyir ki, elə xəstəliklər var doğuşdandır və təbii ki, onda müalicə elə də effektiv olmur: "Çalışırıq müalicəyə üstünlük verək, amma məsələn, doğuşdan gələn əyripəncəliyin müalicəsi əməliyyat qədər effekt vermir. Çünki artıq ana bətnindəykən o problemlədir. Onların müalicəsi qazanılmış xəstəliklərin müalicəsindən çox çətindir. Tutaq ki, əyripəncəliyin müalicəsinə doğuşdan ən geci 2 həftə sonra başlamaq lazımdır. Bud-çanaq probleminin müalicəsinə isə doğuşdan dərhal sonra başlanmalıdır. Yəni problemin üzərinə nə qədər tez düşülsə o qədər tez aradan qalxar. Bunları nəzərə alaraq valideynlərə də məsələni izah edib xəstələri əməliyyata alırıq.

Elə qrup xəstəliklər də var ki, mümkün qədər müalicə ilə idarə etməyə çalışırıq. Hansı ki, onların cərrahiyyəsində müəyyən yaş həddi var. Məsələn, xəstənin hazırkı durumu imkan verirsə mümkün qədər müalicə ilə saxlayıb nə qədər üst yaşda etsək, bir o qədər xəstə üçün faydalıdır. Yox əgər yaşından asılı olmayaraq, xəstəyə yeriməyə, rahat hərəkət etməyə imkan verməyəcək qədər ağır problem varsa, ona boş-boş dərman verib xəstəni də əlavə əziyyətə salmağın mənası yoxdur”.

Yeri gəlmişkən, son illər meydana çıxan müalicə metodlarından biri də kök hüceyrə transferidir. Bu proseduru tənqid edənlər də var, müdafiə edənlər də. Kök hüceyrə transferi hansı xəstəliklərdə tətbiq olunur? Effekti nə qədərdir? Vüsal Mahmudovun sözlərinə görə, bir çox xəstəliklərin müalicəsində əvəzedilməz rol alan kök hüceyrə proseduru son bir neçə ildə populyarlaşmağa başlayıb: "İstifadə olunduqdan sonra nəticələrinə görə ən effektiv, ən zərərsiz prosedurlardan biri olaraq qəbul edilib. Kök hüceyrə ortopediya sahəsində geniş istifadəyə sahibdir. İlk növbədə oynaq xəstəliklərində, artrozlarda kök hüceyrələr transfer olunaraq itirilmiş qığırdaqların bərpasını təmin edir. Bu gedişatla da artroz xəstəliklərində uzunmüddətli ağrısız və hərəkətli oynaqlar əldə edilə bilir. Bununla yanaşı, kök hüceyrə transferi sinir sistemi xəstəliklərində, sinir kəsirlərində, bitişməyən sümüklərin müalicəsində geniş istidadə olunur.

Biz yeni kök hüceyrə transferinə hazırlaşırıq. İstifadə edəcəyimiz kök hüceyrə proseduru 2020-ci ilin ən son müasirləşmiş kök hüceyrə prosedurlarından biridir. Hansı ki, daha öncəki transferlərdən fərqli olaraq narkozsuz, əməliyyatxana olmadan, poliknik şəraitdə belə tətbiq edilə bilməsi, əvvəlkilərdən 90 faiz daha effektiv olması ilə fərqlənəcək. Biz bundan sonrakı müalicə prosedurlarında bu üsuldan istifadə etməyi hədəfləyirik”.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...