Ramiz Mehdiyevi kəskin tənqid edən millət vəkili toyda iştirak edibmiş - Siyahı

Ramiz Mehdiyevi kəskin tənqid edən millət vəkili toyda iştirak edibmiş - Siyahı

Bir neçə gün öncə AMEA prezidenti Ramiz Mehdiyevi karantin rejimində nəvəsinə toy etdiyinə görə kəskin tənqid edən deputat Bəxtiyar Əliyevin həmin toyda iştirakçı olduğu məlum olub.


Sfera.az xəbər verir ki, bunu təsdiq edən videogörüntülər sosial şəbəkələrdə və mətbuatda yayılıb.

 

Millət vəkili Bəxtiyar Əliyev isə bir necə gün öncə AMEA-nın Prezidenti, Akademik Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ilə bağlı açıqlamasında deyirdi:

"Hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riaəyət etməli, həm də şəxsi nümunə olmalıdırlar. Təəssüf ki, son vaxtlar bir bir qrup insanda arxayınlıq hissi yaranmış və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edirlər.


Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.


Belə məclislərdə deputatların, xüsusən də komitə sədrinin iştirakı qətiyyən yol verilməzdir.


Düşünürəm ki, bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun karatin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq”.


Lakin indi aydın olur ki, Millət vəkili Bəxtiyar Əliyev həmin toy məcilisinin əsas iştirakçılarından biri idi. Hətta onu da qeyd edək ki, Bəxtiyar Əliyev illərdir, Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan, onun qızı Kamilə Əliyevə üçün Bakı Dövlət Universitetində hər cür şərait yaradan insanlardan biridir.

 

Hazırkı BDU rektoru Elçin Babayev də Ramiz Mehdiyevə çox yaxın adamlardan sayılır. Bunun təsdiqi olaraq bircə faktı qeyd etmək kifayətdir ki, Elçin Babayevin illərdir rəhbərlik etdiyi Elm Fondu Ramiz Mehdiyevə məxsus binada icarədə oturur.

 

Jurnalist olaraq Bəxtiyar Əliyevdən soruşmaq istərdim: Deputat Bəxtiyar Əliyev, Sizdə şəxsiyyətin ikiləşməsi baş verirmi?


Deputat Bəxtiyar Əliyevin Ramiz Mehdiyevin nəvəsinə toy etdiyinə görə tənqid etdiyi yazı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.


//news.milli.az/country/875239.html

 

Qeyd edək ki, məsələ ictimailəşdikdən sonra millət vəkili Bəxtiyar Əliyev yerli mediaya açıqlama verib. O, bildirib ki, həmin məşhur toyla bağlı ilk tənqidi açıqlamanı bütün saytlara elə özü verib.

 

 

 

Deputat Bəxtiyar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsilə bağlı yayılan məlumata münasibət bildirərkən yayılıan informasiyanı yalan adlandırıb.


 

O əlavə edib ki, heç kim xüsusilə vəzifəli şəxslər, deputatlar karantrin qaydalarına ciddi əməl etsinlər.

 

 

 

"Biz özümüz bunu tələb ediriksə, özümüz də pozmamalıyıq. Belə absurd şayiələri bilmirəm kim yayır. Belə şeylərə də təəccüblənmirəm. Çünki zaman-zaman haqqımızda müxtəlif həqiqətəuyğun olmayan məlumatlar, şayiələr yayılıb. Mən də açığı normal baxıram, yaysınlar da. Amma belə bir fakt yoxdur.

 

Yəni, nə toya dəvət olunnmuşam, nə də orada iştirak etmişəm”, - deyə Bəxtiyar Əliyev vurğulayıb.


İndi isə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etmiş şəxslərin siyahısı ilə tanış olaq:

 

Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)


Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)


Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)


Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)


Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)


Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank "BTB” ASC-nin müşahidə şurasının üzvü)


Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)


Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)


Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)


Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)

 

Xatırladaq ki, bundan əvvəl Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

 

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...