Rəqəmlərin insan həyatında rolları

00:20 / 27.08.2020
8525
Numerologiya rəqəmlərin təkcə riyazi deyil, eyni zamanda magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir. Hazırda numerologiyaya mistik sahə kimi baxılır.
Qədim əlifbalarda (yəhudi əlifbası) hərflərin ədədi mənası olub. İbtidai qəbilələr bu dili başa düşərək, ədədlərin dilində bir-biri ilə əlaqə saxlayıblar.
Banisi qədim yunan filosofu Pifaqor olan bu elmin açarı "Pifaqor kvadratı" sayılır. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla, onun xarakteri, sağlamlıq və taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulub.
Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq, 1-9 arasında saxlayıb. Bu isə həmin rəqəmlərin başlanğıc hesab edilməsi ilə bağlı olub. Digər rəqəmləri isə onlardan düzəltmək mümkündür.
Numerologiyaya görə, 1 - məqsəd, 6 isə inam rəmzidir. 1 rəqəmi əlifbanın ilk hərfi olan A ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir.
2 - gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Müsbət və mənfi keyfiyyətləri birləşdirərək, tarazlıq yaradır.
3 - dəyişkənlik, 4 - sabitlik və möhkəmlik deməkdir. 5 - son nəticəni səyahət və sınaqlar vasitəsilə əldə edən risk və təhlükəni bildirir. 6 - inam rəmzi, 7 isə sirli, məchul və görünməz şeyləri öyrənmək və bilmək yoludur. 8 - maddi uğur rəmzi, 9 isə elementar rəqəmlərin ən böyüyü, uğur rəmzi sayılır.