ÜST: COVID-19-a təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır

ÜST: COVID-19-a təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır
Yeni koronavirusa təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bu fikri Honkonqda COVID-19-a təsdiqlənmiş təkrar yoluxma faktı barədə xəbəri şərh edərkən söyləyib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bazar ertəsi dünya mətbuatı pandemiya başlanandan bəri elmi cəhətdən təsdiqlənmiş ilk təkrar yoluxma barədə məlumat yayıb. Dörd aydan çox bundan əvvəl COVID-19-a yoluxan şəxs xarici səfərdən qayıtdıqdan sonra onda koronavirusun başqa ştammı aşkarlanıb.

ÜST-nin nümayəndəsi Marqaret Harris Cenevrədə brifinqdə çıxış edərək vəziyyəti şişirtməməyə çağırıb. Onun sözlərinə görə, yadda saxlamaq vacibdir ki, belə hallar çox azdır - hər 23 milyona bir təkrar yoluxma faktı. O deyib: "Yəqin ki, biz hələ sənədlərlə təsdiqlənmiş yeni təkrar yoluxma halları barədə öyrənəcəyik. Lakin görünür bu, ümumi tendensiya deyil, əks halda belə məlumatlar daha çox olardı".

Bununla belə, M.Harris Honkonq Universitetinin alimləri tərəfindən aparılan tədqiqatın nəticələrinin əhəmiyyətini qeyd edib. Bu nəticələrə görə pasiyentdə COVID-19-u ikinci dəfə əmələ gətirən ştamm onun birinci dəfə yoluxduğu ştammdan fərqlənir.

"Mühümdür ki, hər iki yoluxma faktı sənədlərlə təsdiqlənib", - deyə ÜST nümayəndəsi vurğulayıb. O xatırladıb ki, mətbuatda insanların bu xəstəliyə tutulmaları, daha sonra COVID-19 analizinə mənfi cavab almaları, hansısa müddət keçdikdən sonra yenidən yoluxmaları barədə dəfələrlə xəbərlər yayılıb. Lakin elmi tədqiqatların olmaması səbəbindən ekspertlər əmin deyildilər ki, söhbət məhz təkrar yoluxmadan, yaxud misal üçün test xətasından gedir.

M.Harris bildirib ki, Honkonq hadisəsinin koronavirus infeksiyasına qarşı immunitet haqqında bilikləri necə dəyişə biləcəyini anlamaq ÜST üçün əhəmiyyətlidir. O deyib: "Hazırda çoxsaylı elmi qruplar tədqiqatlar aparır, xəstəlikdən sonra əmələ gələn təbii immunitetin nə qədər davam etdiyini araşdırmaqdan ötrü təkrar yoluxan pasiyentlərdə anticisimləri üzə çıxarırlar. Onu da bilmək vacibdir ki, belə immunitet vaksinin təmin etdiyi müdafiədən fərqlənir".

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...