Ramiz Mehdiyevin “əlindən su içən” icra başçıları təşvişdə - VİDEO

Ramiz Mehdiyevin “əlindən su içən” icra başçıları təşvişdə - VİDEO

AMEA prezidenti Ramiz Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olublar.

Sfera.az Oxu.az-a istinadən bildirir ki, R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi.

Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.

2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb.

Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin "əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.




OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...