Azərbaycanda kriminal avtoritet tutuldu: Gürcü Mindiya Qoradze ilə həbsdə yatıb - FOTOLAR

Azərbaycanda kriminal avtoritet tutuldu: Gürcü Mindiya Qoradze ilə həbsdə yatıb - FOTOLAR

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sfera.az  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə "Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq, Kəpəz Rayon Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, "naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə dörd ədəd atəşə yararlı 9 mm kalibirli "Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Krıtı Malış Gəncəli” gürcü avtoritet Mindiya Qoradze ilə bir yerdə həbsdə yatıb və onunla yaxın əlaqələri olub.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...