Abşeronda yol qəzası oldu, xəsarət alan var

21:45 / 25.08.2020
7962
Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Aslanov Seyidağa Tahir oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (report.az)