Şirkət işçisi qarət olunub

Şirkət işçisi qarət olunub
 Abşeronda şirkətlərin birində kassir işləyən kişi qarət olunub.
 
Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri 24 yaşlı Əmrah Həmzəyev, əmisi oğlu 21 yaşlı Sücəddin Həmzəyev saxlanıb.
 
Onlar hadisəni qabaqcadan planlaşdırdıqlarını, hətta buna bir neçə dəfə cəhd etdiklərini bildiriblər. 3-cü cəhddə isə onlar çirkin əməllərini həyata keçiriblər. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyatla gecə saatlarında Rəhman Məmmədova məxsus avtomobili qaçıran Lənkəran şəhər sakini 30 yaşlı Mirhüseyn Ocaqov tutulub. Araşdırma zamanı məlum olub ki, o maşın ustasıdır. Masazır kəndində avtomobillərin təmiri sexlərinin birində çalışır. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...