Türkiyədə son sutkada koronavirusdan 24 nəfər öldü

Türkiyədə son sutkada koronavirusdan 24 nəfər öldü
 Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 24 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün "Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda  98 231 şübhəli koronavirus testindən keçib, onlardan 1502-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 811 nəfər olub, 887 xəstə isə sağalaraq evə buraxılıb. 
 
Türkiyədə ümumilikdə 261 194 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 238 795 nəfər sağalıb, 6163 nəfər ölüb.

Nazir test sayının 6,5 milyonu, xəstə sayının isə 1500-ü keçməsini xüsusilə vurğulayaraq bildirib ki, xəstə sayının azaldılması üçün mübarizə tədbirlərini gücləndirmək lazımdır.

OXŞAR XƏBƏRLƏR