ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA

19:30 / 25.08.2020
4547
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yenidən yoluxma hallarını istisna etmir.
Sfera.az bu barədə ÜST-ün rəsmi təmsilçisi Marqaret Harrisin bu gün keçirilən brifinqdəki açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, bəzən insanların mənfi nəticə verən testi sonradan müsbət göstərir:
"Həqiqətən həmin insanların koronavirusa yenidən yoluxmaları və ya testlərin problemli olması hələ ki, məlum deyil. Ancaq qeyd etmək lazımdır ki, belə hadisələr çox az hallarda baş verir”.