Polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

Polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən bir neçə gün əvvəl həyata keçirilən əməliyyat nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu üçün saxlanılan Məcid Şamilovun həmin maddələri əldə etdiyi şəxs də tutulub.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən əməliyyat zamanı ona narkotik vasitələri Abşeron rayon sakini Anar Bayramov tərəfindən verildiyi məlum olub. Anar Bayramov polislər saxlayan zaman o, ifadəsində İranda yaşayan şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərin sifarişi ilə narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin pulunu müxtəlif yollarla Azərbaycandan İrana göndərən Astara rayon sakini Vahid Rəcəbov da saxlanılıb.

Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...