Xanım aparıcı oğlunun əlinə avtomat verib “Lukaşenkonu parodiya etdi”

"Dom-2” realiti-şousunun keçmiş iştirakçısı və aparıcısı Alyona Vodonayeva oğlu ilə birgə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə onun 15 yaşlı oğlu Nikolayı "parodiya edib".
Sfera.az xəbər verir ki, öz İnstaqram səhifəsində hərbi geyimli, əli silahlı bir uşağın fotoşəkilini paylaşan aparıcının bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
"Burada oğlu ilə şəkil çəkdirən əsl Batka kimdir?”- Vodonayeva sözügüdən fotonu belə şərh edib.
Fotoda hərbi geyimli Vodonayeva ilə 11 yaşlı oğlu Boqdan hərbi geyimdə BTR-in üzərində dayanıblar. Fotolar avqustun 22-də, yəni Lukaşenko əlində silahcəmiyyət arasında görünməzdən əvvəl çəkilib.
Aparıcının fikrincə, ibtidai hərbi hazırlıq məktəbdə oğlanlar üçün məcburi dərs olmalıdır. Vodonayeva deyib ki, özü də bu cür dərslərdə iştirak etməyə həvəslidir. Aparıcı əmindir ki, "kişi bu dərsləri keçməlidir." Amma izləyicilərin bir hissəsi yeniyetmə oğluna avtomat verdiyinə görə onu qınayıb.
Selcan
Sfera.az