KÖMƏYƏ ÇAĞIRIŞ: 4 aylıq körpə təcili müayinə olunmalıdır - FOTO

KÖMƏYƏ ÇAĞIRIŞ: 4 aylıq körpə təcili müayinə olunmalıdır - FOTO

Mühəmmədnur Asanlı 4 aylıq körpədir, amma çox təəssüf ki, artıq tibb müəssisələrinin daimi sakinidir.


Doğulandan cəmi 10 gün sonra körpənin ürəyində problemlər və şiddətli hipoksiya aşkarlanıb. Ürək qüsuru və açıq oval pəncərə şübhəsi də var. Həmçinin uşağın yanağında beyin kistası, yaxud qan damarlarının daralması nəticəsində yaranmış şiş var.


Uşağın anası Elnurə Əsgərovanın1news.az-a verdiyi müsahibədə qeyd etdiyi kimi, ilkin diaqnozu təsdiqləmək üçün yuxarı və aşağı ətrafların, sağ yanağın doplerini, eləcə də baş beyinin tomoqrafiyasını və MRT-ni etmək lazımdır.


"Bunlar yalnız özəl klinikalarda olan çox bahalı cihazlardır. Bütün prosedurların qiyməti təxminən 750 manat təşkil edəcək. Həmçinin, uşaq 6 aylıq olanda ürəyində anju əməliyyatı aparılmalıdır, amma daha dəqiq və təhlükəsiz olması üçün həkimlər bu prosedurun Türkiyədə keçirilməsini məsləhət görürlər ki, bu da bizə təqribən 2500 manata başa gələcək. Yalnız bütün bu müayinələrin nəticələrinə əsasən həkimlər dəqiqdiaqnoz qoya və sonrakı müalicə ilə bağlı qərar verə biləcəklər ",- deyə, körpənin anası bildirib.


Elnurə xanımın sözlərinə görə, ailədəki yeganə problem bu deyil. O özü ikinci qrup əlildir, eləcə də hepatit C virusunun daşıyıcısıdır. Onun bacısı ilə qardaşı da ikinci və üçüncü qrup əlillərdir. Ataları ağır ürək əməliyyatı keçirib və hazırda yataq xəstəsidir, anaları isə beyin qan dövranı pozulmasından əziyyət çəkir. Bütün yaşanan sarsıntılardan və müxtəlif xəstəliklərlə daimi mübarizədən sonra E. Əsgərova, cəmi bir neçə ay əvvəl dünyaya gələn körpəsini müalicə etdirmək məcburiyyətində qalıb.

 

"Övladım dünyaya gələn gündən həkimləri gəzirik. Ailədə heç kim işləmir. Qohumlarımız bizə əl tutur, həmçinin əlilliyə görə təqaüd alıram, amma oğlumun müalicə xərclərini qarşılamaq imkanımız yoxdur. Biz artıq həm maddi, həm də mənəvi cəhətdən tükənmişik, buna görə də bütün ümidlərimizi yardıma bağlamışıq...”,- Elnurə xanım söyləyir.


Biz bütün biganə olmayan insanlarıbu ailənin səsinə səs verməyə və imkanları çatan qədər maddi yardım etməyə çağırırıq. Vəsaiti ya birbaşa körpənin atası Elşən müəllimə ( 321 92 72 nömrəli telefonla əlaqə saxlayaraq) çatdıra, ya da Rövşən Babayevin adına açılan 5243 7544 1048 6193 nömrəli karta köçürə bilərsiniz.

 

Tibbi arayışlar yazıya əlavə edilib.


Verən əliniz kəsilməsin!











Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...