Abel Məhərrəmovun var-dövlətinin siyahısı açıqlandı - Xırda adamın böyük sərvəti

Abel Məhərrəmovun var-dövlətinin siyahısı açıqlandı - Xırda adamın böyük sərvəti

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra "kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib.


 

Yenisabah.az xəbər verir ki, keçmiş rektor Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə və onun şəninə sağlıq dediyinə görə müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Abel Məhərrəmov təkcə cərimə cəzası ilə yaxasını kənara çəkə bilməyəcək. Onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı, hətta rektor olduğu dönəmdə topladığı varidata əl qoyulacağı iddia olunur.


 

Keçmiş rektorun sərvətinə gəlincə, hələ illər öncə mediada bu barədə yazılıb və bəlli olub ki, akademik vəzifədə olduğu illər ərzində özünə biznes imperiyası qurub. Onun olduğu iddia edilən biznes strukturların siyahısını təqdim edirik. Məlumat üçün deyək ki, bu siyahını bir neçə il əvvəl siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı.


 

1. "El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.


2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)


3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.


4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.


5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)


Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:


1. "Lamborghini”


2. "Bentley”


3. "Porsche Cayenne”


4. "Land Rover”


5. "Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)


6. "Audi Q7”


7. "Audi Q8” (Son model, qiyməti 450 min avro)


8. "Mercedes Geländewagen” (qiyməti 250 min avro)


9. "BMW X6” (son model - qiyməti 200 min avro)


10. "BMW -760” (qiyməti 400 min avro)


Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:


1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;


2. Quba rayonunda 1 villa;


3. Xızı rayonunda 1 villa;


4. Nabranda 1 villa;


5. Şüvəlan qəsəbəsində 1 villa;


6. Mərdəkan qəsəbəsində 1 villa;


7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;


Şərifzadə küçəsində yerləşən ev.


- Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.


- 8-ci mikrorayonda daha bir restoranı


- N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...