Yeni aqrar sığorta qanununun tətbiqi gecikir – TƏHLİL

Yeni aqrar sığorta qanununun tətbiqi gecikir – TƏHLİL

Son günlərdə dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar güclü selin və daşqınların yaranmasına səbəb olub. Nəticədə bölgələrə fermerlərə ciddi ziyan dəyib. İndiki vəziyyətdə bu ziyan necə ödəniləcək? 2019-cu ildə ölkəmizdə "Aqrar sığorta haqqında” Qanun qəbul edilib. Artıq bir il müddətin ötməsinə baxmayaraq qanunun tətbiqi gecikir, kənd təsərrüfatı məhsullarının istehsalçıları arzularında olduqları əlverişli sığorta sistemindən faydalana bilmirlər. Belə bir vəziyyətdə dəyən zərəri fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları yenə də özləri ödəməli olacaq.


Sfera.az xatırladır ki, kənd təsərrüfatı iqtisadiyyatın ən riskli sahələrindən biri hesab edilir. Buna görə də dünyanın bütün qabaqcıl ölkələrində aqrar sahəyə sərmayə qoyuluşu sığortasız həyata keçirilmir. Bir təbii fəlakət və ya xəstəlik kifayət edir ki, bitkiçilik, yaxud heyvandarlıqda çəkilən zəhmət hədər getsin. Kənd təsərrüfatında risk dərəcəsinin yüksək olmasını nəzərə alaraq qabaqcıl ölkələrdə aqrar sığorta təcrübəsi geniş tətbiq edilir.

 

Azərbaycanda ötən il "Aqrar sığorta haqqında” qanun qəbul edilib. Həmin qanun 2020-ci ildən icra edilməli idi. Amma hələ də aqrar sığorta sistemi işlək vəziyyətə gətirilməyib.

 

Yeni qanun aqrar sığortanın inkişafı üçün dövlət dəstəyini nəzərdə tutur. Bu məqsədlə dövlət büdcəsindən hər il müəyyən məbləğlərdə vəsaitin ayrılması planlaşdırılır. Aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə, təxminən, 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq. Bu sahədə subsidiyalaşdırma üçün birinci il 8,5 milyon manat, ikinci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mexanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək.


Qanuna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə bəzi risklərdən sığortalanır. Bunlar təbiət hadisələri (o cümlədən təbii fəlakətlər), yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu,üçüncü şəxslərin hərəkətləridir.


Düzdür, yeni qanun aqrar sığorta sahəsində olan bütün məsələləri həll etməyəcək. Qanunun icbari xarakterli olmaması, könüllülük prinsipinə əsaslanması aqrar sığortanın tətbiqini genişləndirməyəcək. Müəyyən stimullaşdırma tədbirləri olacaq. Stimullardırma tədbirinə görə öz əmlakını sığortalatdıran fermerin sığorta haqqının bir hissəsini dövlət, qalanını özü ödəyəcək.

 

Amma istənilən halda qanununn qəbulundan sonra aqrar sığortanın genişlənməsinə stimul verəcəyi gözlənilir. Yeni sığorta sistemini Aqrar Sığorta Fondu idarə edəcək. Fond artıq təsis edilib, lakin sistem hələ də işləmir. İdarəedici qurumun fəaliyyət mexanizmi, sığorta haqları, sığorta məbləğləri kimi məsələlər daha ömənli olacaq. Qanun qüvvəyə minməsindən sonra bu məsələlər də öz həllini hələ tapmayıb.

 

Öncə də vurğuladığımız kimi aqrar sahədə risk yüksək olduğundan sığorta şirkətləri aqrar sığortaya maraq göstərmir. Əsas çətinlik yaradan məsələ fermer təsərrüfatlarının əksəriyyətinin müasir tələblərə, təhlükəsizlik tələblərinə cavab verməməsidir. İstər bitkiçilik, istərsə də heyvandarlıq olsun, bu sahələrdə təsərrüfatlar standartlara cavab vermir. Bitkiçilikdə əkin sahələrində zəruri dərmanlama, gübrə verilməsi, suvarma və digər aqrotexniki tədbirlər standartlara uyğun deyil. Eynilə heyvandarlıqda tövlə şəraiti yaxşı deyil, peyvəndləmə vaxtında aparılmır və s. Baxım, qulluq çox önəmli məsələdir və sığorta şirkətləri bunlara diqqət yetirir. Şərait, qulluq normal olmadığından sığorta şirkətləri aqrar sığortadan qaçır.

 

Buna görə də dövlətin dəstəyini nəzərdə tutan yeni sistemin işlək vəziyyətə gətirilməsi vacibdir. Əks halda hər dəfə daşqın, sel, quraqlıq baş verdikdə kənd təsərrüfatı məhsullarının istehsalçıları ciddi zərərlə üzləşirlər ki, bu da həm onlar, həm də Azərbaycan əhalisi üçün arzu edilən hal deyil.


 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Nadir xəstəliyə tutulmuş qadın sağlam uşaq dünyaya gətirdi

Tez-tez nəfəs darlığı, sürətli ürək döyüntüsü və gözlənilməz hamiləlik xəbərləri - bu hadisələrin hər biri özlüyündə həyatı kökündən dəyişə bilər. Cessika Conso...

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...