I və IV qruplar üzrə testlərin izahı açıqlanıb

I və IV qruplar üzrə testlərin izahı açıqlanıb
 

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 20-21 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını açıqlayıb.

Mərkəzdən Sfera.az-a  verilən məlumata görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər

 

İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytından əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).


OXŞAR XƏBƏRLƏR