Azərbaycanda nənəsinin yasından qayıdan qız yol qəzasında öldü — FOTO

Hadisə
00:06 / 25.08.2020
16500
Xəbər verdiyimiz kimi, Qobustanda sərnişin daşıyan "Mercedes Vita" markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını aşırıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində vəfat edən 1996-cı il təvəllüdlü Əminə Qabulovadır.
Məlumata görə, o, Qaxdan nənəsinin yasından qayıdırmış.
Qeyd edək ki, həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.