“Lotu Quli”nin videosu “Qara Qafur”un qohumuna niyə göndərilib? - ŞOK TƏFFƏRRÜAT

“Lotu Quli”nin videosu “Qara Qafur”un qohumuna niyə göndərilib? - ŞOK TƏFFƏRRÜAT
 

Türkiyənin Antalya şəhərində oteldə "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov ("Xan Bakinski”) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.

Oxu24.com  "Azadlıq” radiosunun özbək xidmətinə istinadla xəbər verir ki, Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb.

Xəbər verildiyi kimi, Xaqan Zeynalov "Lotu Quli”ni qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən "Lotu Quli” telefonla danışa-danışa dəhlizlə gedir, "Xan Bakinski” isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, "Lotu Quli”nin arxasındadır və hədəfi haqlayıb.

Bildirilir ki, "Xan Bakinski”nin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan "Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.

Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, "Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.

Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.

Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə "Lotu Quli”nin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.

Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə "Azadlıq” radiosuna deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər "1 nömrəli vor” statusunu daşıyan, "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında "Lotu Quli”yə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara "mübahisəli situasiyalarda” hücum etməklə "qanuni oğruların” şərəf kodeksini pozmuşdu..


OXŞAR XƏBƏRLƏR

20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

Bu gün hava səyahətləri adi hala gəlsə də, insanlar bəzi ölümcül qəzalarla da qarşılaşa bilərlər. Pilot Timoti Lankaster Oksfordşirdə heyrətləndirici təyyarə qə...

ABŞ Prezidenti: Hər kəs dərhal Tehranı tərk etməlidir

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.   Sfera.az xəbər verir ki, o, bu barədə “Tr...

10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB

Dəniz mövsümü başlayar-başlamaz çimərliklərdə xəsarət alanların sayı artıb.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, 10 gün ərzində...

Sözlə yox, əməllə danışacağam - Hidayət Heydərov

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydə...

Tasnim: İran İsrailə növbəti raket zərbəsi endirib

İran ordusu İsraildəki hədəflərə yeni raket zərbələri endirməyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb....

Ayda milyon qazanan müğənni niyə səhnəni tərk edib? - SƏBƏB

Eminemlə birlikdə çıxış edən və ayda 1 milyon funt-sterlinq qazanan 2000-ci illərin məşhur müğənnisi Dido ailə faciəsi səbəbindən medianın diqqətindən kənarda q...