"Azərbaycan Dəmir Yollları" Çexiya şirkətinə 650 min dollar borclu olması barədə məlumatlara münasibət bildirib

 "Azərbaycan Dəmir Yollları" QSC mətbuatda Çexiya şirkətinə 650 min dollar borclu olması barədə yayılan məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, QSC-nin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki,  "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” üzərinə imzalanmış müqaviləyə əsasən, "Azərbaycan Dəmir Yolları” QSC–yə biznes proseslərinin avtomatlaşdırılması xidmətlərinin göstərilməsi, biznes proseslərinin avtomatlaşdırılmasını tətbiq etmək üçün yaradılmış proqram təminatının tətbiq edilməsi və peşəkar təchizatçıdan əldə olunmuş proqram təminatı üzrə 1C biznes lisenziyanın əldə olunmasının təmin edilməsinə dair öhdəliklər götürüb: "Müqaviləyə əsasən, "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” proqram təminatının orijinal və istənilən qüsurlardan azad olması barədə zəmanət verib və hər hansı 3-cü şəxsin patent, müəlliflik hüquqları, ticarət sirri və digər əmlak hüquqlarının pozulmamasını qeyd edilib. Bildirilməlidir ki, müqavilə üzrə proqram təminatının təchizatı tamamlanmayıb və görülmüş işlərdə tərəfimizdən ciddi qüsurlar aşkarlanıb. Habelə "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”un ümumiyyətlə qeyd olunan proqram təminatının təchizatçısı kimi çıxış etmək səlahiyyətinin olmaması müəyyənləşib. Bu hal müstəqil mütəxəssislərin verdiyi rəylə də təsdiqlənib".

QSC-dən bildirilib ki, "Azərbaycan Dəmir Yolları” proqram təminatı üzrə lisenziyaya görə ödənişi tam şəkildə etsə də, "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group” müqavilənin əsas şərtlərini pozub, qeyd edilən lisenziya bu günədək təqdim olunmayıb: "Qeyd olunanları nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpası istiqamətində hazırda tədbirlər görülməkdədir. Məhkəmə prosesinin uzadılması məsələsinə gəldikdə isə bildirilməlidir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Ali Məhkəməsinin tövsiyəsinə əsasən, müvafiq məhkəmədə baxış iclası keçirilməyib. "Azərbaycan Dəmir Yolları” QSC-nin isə pozulmuş hüquqlarının bərpası baxımından prosesin uzadılmasında maraqlı olması məntiqsizdir.

Mətbuatda yer almış həqiqətə uyğun olmayan məqalə "Azərbaycan Dəmir Yolları” QSC-nin və məhkəmələrin fəaliyyətinə kölgə salmaqla yanaşı, "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group”u tərəfindən təzyiq göstərmək məqsədi daşıyır.

Mətbuat nümayəndələrinin gələcəkdə bu cür məqalələrin dərc edilməsindən öncə qarşı tərəfin mövqeyinin öyrənilməsi və obyektiv münasibətin bildirilməsi arzuolunandır".

OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...