Türkiyədə böyük xəyanətin qarşısı alındı - FOTO

Türkiyədə böyük xəyanətin qarşısı alındı - FOTO

Türkiyədə silah fabrikinin direktoru milli silaha aid planları Amerika firmalarından birinə satarkən həbs olunub.

Sfera.az anspress-ə istinadən bildirir ki, fabrikin rəhbəri barədə "dövlət sirrlərindən mənfəət əldə etmək", "dövlət xidmətlərinə sədaqətsizlik" ittihamları ilə məhkəmə iddiası qaldırılıb.

Bildirilir ki, "Makina Kimya İnstitutu" (MKE) Kırıkkale silah fabrikinin direktoru Mustafa Tanrıverdi 22 milyon dollara başa gələn "MPT-76" milli piyada silahına aid məlumatları satmağa çalışıb. Tanrıverdinin həmin silahın dizaynını və istehsal planını 1.2 miyon lirəyə (642 min AZN) Amerika silah şirkətlərindən birinə satmağa cəhd edərkən saxlanıldığı bildirilir.  

Direktorun saxlanılması silah fabrikindən polis idarəsinə daxil olan məlumatdan sonra mümkün olub. Şübhəlinin Amerikadan alınaraq yenilənmiş "MP-5" avtomat silahının planlarını satmağa cəhd etdiyi bildirilir.   

Satış barədə daha əvvəldən xəbər alan xüsusi xidmət orqanlarının əməkdaşları şübhəlinin telefon danışıqlarını dinləyib. Ankara Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin dedektivləri isə şübhəlinin izləyiblər.
Ankarada restorasnlardan birində görüşməyə qərar verilib. Şübhəli gəlmədən müştərilər çıxarılıb və onların yerinə polis yerləşdirilib. Silahların planlarını Amerikan firmasının əməkdaşlarına verən şübhəli daha əvvəl seriya nömrələri götürülmüş pulların olduğu çantanı götürərək restorandan çıxıb. Polis dedektivləri şübhəlini cinayət üstündə yaxalayıblar.   

Prokurorluğun təlimatı ilə şübhəlinin evində və xidməti kabinetində axtarış aparılıb və evdəki kompüterlə rəqəmsal sənədlər müsadirə edilib.

Mustafa Tanrıverdi ilkin istintaq zamanı işlədiyi cinayəti etiraf edib. Prokurorluğa aparılan şübhəli ittiham edildiyi məhkəmə tərəfindən həbs olunaraq türməyə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...