Xəyyam Daşdəmirovun şəhid olmasının 40-cı günüdür

Xəyyam Daşdəmirovun şəhid olmasının 40-cı günüdür
 

21 avqust 2020-ci il tarixdə saat 10:00-dan başlayaraq rayon rəhbərliyinin, millət vəkillərinin eləcə də rayon ictimaiyyəti gənclər, könüllülər, Qarabağ döyüşlərində və ümumi səbəbdən sağlamlıqlarını itirmiş əlillər,müharibə veteranları, ehtiyyatda olan zabitlər və digər sakinləri şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət edib.

 

İlk öncə Rayon rəhbərliyi tərəfindən şəhidin məzarı ziyarət olunub, xatirəsi anılıb, məzarı üstünə əklillər qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar edilib. Daha sonra şəhidin ailəsinin evinə gedilib, doğmalarına baş sağlığı verilib. Eyni qaydada ictimaiyyətin nümayəndələri də karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə mərhələli şəkildə ziyarətdə iştirak ediblər. Tədbir zamanı koronavirusa qarşı zəruri profilaktik işlər görülüb, dezinfeksiya işləri aparılıb, ziyarətçilərin məsafədən ölçən termometrlə hərarətləri yoxlanılıb, müvafiq qoruyucu tibbi vasitələrlə təmin olunub.

 

Məlumat üçün bildiririk ki, Rayon rəhbərliyi tərəfindən şəhidin məzar daşı qoyulub, ətrafı abadlaşdırılıb. Balik kəndi istiqamətində magistral yoldan şəhidin ailəsinin yaşadığı mənzilə qədər, 1 kilometr məsafədə olan yol və evin həyəti asfaltlanıb.

 

Qeyd edək ki, 20-21 avqust 2020-ci il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş Karate-Do üzrə açıq ölkə turniri keçirilib.


OXŞAR XƏBƏRLƏR

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...

Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi aprelin 6-da keçirilən bir neçə imtahanların nəticələrini elan edib.   Sfera.az xəbər verir ki, həmin imtahanlar aşa...