İsmayıllıda açıq havada yarış keçirilib

İsmayıllıda açıq havada yarış keçirilib
 

Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş Karate-Do üzrə açıq ölkə turniri keçirilib. Yarışda İsmayıllı, Qazax, Ağstafa, Cəlilabad, Sabirabad rayonlarından, Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 14 komandada 200-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışın əsas məqsədi gənclərə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin xatirəsini yad etmək olub.

 

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Karate-Do Akademiyası, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub. Nazirlər Kabineti Operativ Qərargah tərəfindən təstiq olunmuş karantin qaydalarına uyğun keçirilən yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçülüb, xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunublar. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada keçirilib.

 

Yarışın sonunda komanda hesabı ilə I yerə Sumqayıt, II yerə Bakı, III yerə isə Ağstafa komandası layiq görülüb.

 

Xatırladaq ki, Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində anadan olub. O, bu ilin iyul ayında, Tovuz istiqamətində hərbi xidmət zamanı düşmən təxribatının qarşısı alınarkən şəhid olub.


OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...