Asim Mollazadə: “Qanunlara meydan oxumaq olmaz”

Asim Mollazadə: “Qanunlara meydan oxumaq olmaz”

"Hansısa oyun oynayanlar mütləq cəzalandırılmalıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə Novxanıda toy etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Asim Mollazadə deyib:

 

"Qanunlara meydan oxumaq olmaz. Hami hüququn aliliyinə tabe olmalıdır. İstər sadə vətəndaş, istər vəzifə sahibi, yaxud da külli miqdarda pulunun olmasından asılı olmayaraq hamı qanun qarşısında eyni olmalı, qanunlara riayət etməlidir.

 

Fikrimcə, bu istiqamətdə hansısa oyun oynayanlar mütləq cəzalandırılmalıdırlar və hüququn aliliyi bərqərar olmalıdır. Sadə vətəndaşlar qanunlara, karantin qaydalarına əməl edir, əməl etməyənlər də cəzalandırılır. Amma hamıya şamil olunmalıdır”.

 

Deputat qeyd etdi ki, heç kim hansısa ərköyünlüyə yol vermək niyyətinə düşməməlidir: "Belə əməllərə yol verənlərin sovet dövrünün ab-havası hələ də başlarından çıxmayıb. Düşünürlər ki, hansısa Mərkəzi Komitə üzvünə bütün hüquqlarverilir, sadə vətəndaşlar hamılıqla onlara baş əyməlidir. Bu olmayacaq”.

 

A.Mollazadə bildirdi ki, dövlətdə hüququn aliliyi bərqərar olmalıdır: "Tutduğu mövqeyindən asılı olmayaraq istənilən şəxs öz hərəkətinə görə, mütləq mənada Azərbaycan dövləti və qanunları qarşısında məsuliyyət daşımalıdır. Heç kəsə ərköyünlüyə yol verməyə imkan verilmir.

 

Düşünürəm ki, bu istiqamətdə Milli Məclis rəhbərliyi, habelə partiya rəhbərliyi öz qərarlarını verməli və karantin qaydalarını pozan məmurlar, yüksək çinli vəzifəlilər də mütləq öz cəzalarını almalıdır.Fikrimcə, bu məsələni parlamentdə qaldırmaq istəyənlər də var. Müzakirələr gedir. Əminəm ki, heç kəs öz hərəkətinə görə məsuliyyətdən kənar qalmaz”.

Elçin


OXŞAR XƏBƏRLƏR

Xocalıda qumbara partladı - 17 yaşlı oğlan xəsarət aldı

Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və...

Şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...