"Siyavuş Novruzov qadağalara riayət etməyib" - Fəzail Ağamalı

 "Sosial şəbəkələrdə, saytlarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı xeyli informasiyalar yayılıb. Onun da cavabı hamıya bəllidir. Çox təəsüf edirəm ki, Siyavuş Novruzov jurnalistlərin suallarına aqressiv cavab verib”.

Sfera.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Siyavuş Novruzovun həmin toyda iştirak etməsi bir neçə baxımdan qəbuledilən deyil: "Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri kimi toyların, yasların, kütləvi tədbirlərin keçirilməsinin ölkə miqyasında qadağan olunmasını bildiyi halda bu tələbə riayət etməyib. Əslində biz deputatlar, yüksək səviyyəli məmurlar, cəmiyyətdə tanınan insanlar hərəkət və davranışları ilə həmişə nümunə göstərməlidirlər. Ancaq Siyavuş Novruzov bu qaydanı pozub. Mən təəssüf hissi keçirirəm ki, bu addımı atıb”.

F.Ağamalı bildirib ki, Siyavuş Novruzovun bu addımı cəmiyyətdə qınaq hədəfinə çevrilib: "Ortada təbii ki, qanunazidd addım var. Bu məsələ parlamentin rəhbərliyi səviyyəsində nəzərə alınacaq. Bu məsələyə diqqət yetiriləcək. Rəhbərlik hansı qərarı qəbul etsə, bu başadüşülən olacaq. Əgər belə bir məsələnin İntizam Komissiyasında müzakirə olunması məqbul hesab edilsə, biz buna baxacağıq”.

OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...