Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq
 23 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, 23 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-24, Bakıda gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...

Aprelin 6-da keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi aprelin 6-da keçirilən bir neçə imtahanların nəticələrini elan edib.   Sfera.az xəbər verir ki, həmin imtahanlar aşa...