REAL Tv-nin icraçı direktoru “Novxanı toplantısı”nı dövlətə XƏYANƏT ADLANDIRDI

REAL Tv-nin icraçı direktoru “Novxanı toplantısı”nı dövlətə XƏYANƏT ADLANDIRDI

"Novxanı toplantısının iştirakçıları dövlətə xəyanət və sabotaj edib”.


Sfera.az xəbər verir ki, bu sözləri REAL Televiziyasının icraçı direktoru Şakir Eminbəyli sosial şəbəkə hesabında yazıb.


Tanınmış jurnalistin paylaşımını olduğu kimi qeyd edirik: "Novxanı toplantısından sonra Hökümətin ciddi addımlar atacağını düşünürəm:


1. "Toplantı" təşkilatçıları, eləcə də iştirakçıları Dövlətə qarşı xəyanət, sabotaj, qanun və qaydalara nümayişkaranə itaətsizlik, millətə qarşı sayğısızlıq əməllərinə görə dərhal ciddi cəzaya layiq görüləcək...


2. Ciddi və anında cəza tədbirləri həyata keçirilməzsə, məntiqlə, indiyə qədər ölkə vətəndaşlarına bu qəbildən olan bütün cərimələr ləğv olunacaq, ödənilmiş cərimələr insanlara qaytarılacaq...


3. Ölkə ərazisində gediş-gəlişə qoyulmuş qadağalar aradan qaldırılacaq...


4. Ölkə ərazisində müxtəlif ailə şənliklərinə qoyulmuş qadağalar götürüləcək...


Bunları Azərbaycan Respublikasının qanunları və məntiq tələb edir.


Dövlətin, ölkə rəhbərliyinin nüfuzuna vurulan bu zərbələr artdıqca, cavabsız qaldıqca ölkədə ictimai siyasi vəziyyət acınacaqlı şəkil alacaq."


 

Şakir Eminbəyli paylaşımını etdikdən sonra Nazirlər Kabinetinin sosial şəbəkə səhifəsini də yazıya əlavə edərək hökümətin diqqətini mövzuya yönəldib.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR