İsfəndiyar Vahabzadə gündəmdə qalmağın yolunu tapıb, amma bu dəfə alınmadı...

İsfəndiyar Vahabzadə gündəmdə qalmağın yolunu tapıb, amma bu dəfə alınmadı...
 Bir müddət hakimiyyətdən növbəti dəfə vəzifə istəyən, arzusuna çatmadıqda qisasçılıq hissinə qapılaraq korrupsioner sabiq nazir Əli İnsanovun yaratdığı HƏP adlı partiyaya qoşulan və cəmiyyətə "ağıl öyrədən” sabiq səfir İsfəndiyar Vahabzadə gündəmdə qalmağın yolunu tapıb. Yazıq neyləsin? Atası sevilən şair sağ deyil ki, nüfuzundan istifadə edib üzdə olan insanlardan əzizlərinə vəzifə istəsin.

Öz əqidəsinə dönük çıxan, liderinə, komandasına xəyanət edən İsfəndiyar Vahabzadənin Moldovada səfir olduğu dönəmdə hansı hoqqalardan çıxdığını mətbuatdan öyrənəndə çoxları şoka düşdü. Adama, sadəcə, atası Bəxtiyar Vahabzadəyə görə hörmət edib tutmayıblar. Təkcə onu demək bəs edir İsfəndiyar abrına bükülsün ki, dövlət büdcəsi hesabına Moldovada Azərbaycanın qonaq evini özünün şəxsi eyş-işrət, əyləncə yerinə döndərib, hovuz, sauna tikdiribmiş...

İndi gündəmdə qalmaq üçün başını çomağa sürtür. Qarnının qurdu odur ki, niyə büdcəni "diplomatik xərclər" adı ilə talamaq üçün növbəti dəfə ona vəzifə vermirlər".

Həmkarlarımızdan biri 2017-ci ildə Moldovada səfərdə olarkən onun bu ölkədə səfir işlədiyi dövrlərdə hansı oyunlardan çıxması haqda soydaşlarımız bizə xeyli faktlar açıqlamışdılar. Demişdilər ki, İsfəndiyar Vahabzadə Moldovadakı azərbaycanlıları səfirliyə buraxmırmış, səfirliyin qonaq evini özünün eyş-işrət yuvasına çeviribmiş, hansısa sənəd almağa gələn soydaşlarımıza rüşvətsiz heç bir sənəd vermirmiş və s... Hətta onun Moldovada kilsələrdə moizələrə oxuduğu, xristianlığa simpatiya bəslədiyi haqda da iddialar səslənirdi.

Elə Moldovadakı diasporumuzun niyə belə duruma gəlib çıxmasının səbəblərini araşdırarkən bəlli oldu ki, bunun əsas günahkarı 2006-2012-ci illərdə Moldovada səfir olmuş İsfəndiyar Vahabzadədir.

Hazırda hökumətdən, vəzifədən əlini üzən, lakin özünü hələdə "diplomat” hiss edən səfir indi də deputatları qaralamaqla məşğuldur. İllərlə Milli Məclislərdə yerlər zəbt edib bir məqaləsi ilə mətbuata çıxmayan, xalqın leyhinə tribunada 1 kəlmə danışmayan deputatların adını dilinə gətirməyə cəsarəti çatmır, bilir ki bu, ona baha başa gələr. Keçib gənc, ləyaqətli, Azərbaycanın maraqlarını qoruyan, seçicilərini ləyaqətlə təmsil edən Elnur Allahverdiyevi qaralamağa. Məqsəd yenə birmənalı şəkildə ara qarışdırmaq, gündəmdə qalmaq, deputatdan hansısa kompromis təklif almaq.

Bu dəfə əlin boşa çıxacaq, "diplomat” İsfəndiyar. Özünü o qədər hərəkətlərin və mənasız açıqlamalarınla gözdən salmısan ki, sənin danışıqlarına nəinki qulaq asan yoxdu, hətta danışıqlarını müzakirə etmək istəyəndə, fikir verməyin karvanlar keçirdi kimi ağır ifadələr işlədilir.

Elnur Allahverdiyevi müzakirə və mühakimə edəcək sonuncu adamsan. Elnur müəllimin xeyirxah əməllərindən uzun-uzadı yazmayacağam, xalqın gözü tərəzidir, sənə hesab vermək borcum da yoxdur. Get ovunu başqa yerdə - səviyyənə uyğun yerdə axtar.

OXŞAR XƏBƏRLƏR

Ağacları kütləvi şəkildə kəsən məmurlar imiş - RƏSMİ AÇIQLAMA

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağac kəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsind...

İşə düzəltmək adı ilə 10 min manat ələ keçirən şəxs tutuldu

Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub.   Sfera.az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şö...

Xocalıda hərbi sursat partlayıb - 17 yaşlı oğlan xəsarət alıb

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci ilin mayın 2-də hərbi sursatın partlaması hadisəsi baş verib.   Sfera.az xəbə...

Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.   Sf...

ABB-nin dəstəklədiyi uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin ba...

Ən asan aldanan 5 bürc: Hər kəsə inanırlar

Hər bürcün öz güclü və zəif tərəfləri var. Bu xüsusiyyətlər şəxsiyyət quruluşumuzdan tutmuş münasibətlərimizə qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Bə...