Ərdoğan hər kəsdən gizlədiyi sirrini açıqladı

Ərdoğan hər kəsdən gizlədiyi sirrini açıqladı
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçə İş Ofisində Qara dənizə qaz yatağının kəşf edildiyini elan edib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

O, bildirib ki, Qara dənizdə "Tuna-1” bölgəsində 320 milyard kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edilib:

 

"Əziz millətim, bəli, sevincimizi birlikdə yaşamaq üçün xoş xəbərlərimizi bölüşmək istəyirəm. Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz kəşfini edib. "Fatih” gəmisi "Tuna-1” quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkar edib. Yeni təbii qaz kəşflərinin çox olması ehtimal olunur. Bu ehtiyat onun yalnız bir hissəsidir. Davamı ən qısa zamanda gələcək, inşallah”.

Ərdoğan qeyd edib ki, ölkənin üç qazma və iki seysmik tədqiqat gəmisi tamamilə Türkiyə avadanlıqları ilə işləyir:

"Dünya qiymətlərindən aşağı qiymətə başa gələn gəmilərimizlə birlikdə qazma işlərinin vahid dəyəri də çox aşağıdır”.

Ərdoğan qeyd edib ki, məqsəd Qara dəniz qazını 2023-cü ildə xalqa təqdim etməkdir.



OXŞAR XƏBƏRLƏR

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...