Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda boşanmaların sayı artıb
 "Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var”.

Sfera.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVID-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində yer alıb.

Qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığı və boşanmaların artdığı müşahidə edilir: "2011-ci ildə nikahların sayı 88 145 idisə 2019-cu ildə bu rəqəm 63 869  təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalıb. 2011-ci ildə boşanmaların sayı 10 747 idisə, 2019-cu ildə bu rəqəm 17 148 təşkil edib. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artıb. Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlanılsın və daha da möhkəmləndirilsin”.

OXŞAR XƏBƏRLƏR

İlqar Mustafayevin həbs müddəti xeyli artırıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 8 aylıq ilkin araşdırma müddəti ...

Məşhur klinika müğənni Xatunu şikəst etdi: "Ölə bilərdim"- VİDEO

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə ...

Ermənistanda zəlzələ oldu

Dünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.   Sfera.az xəbər verir ki, zəlzələ Qeqarkunik vilayətinin Qavar şəhərindən təxmi...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 2-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbər...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait a...

Xaricdə təhsil almış daha 82 nəfərin diplomu TANINMADI

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. ...