MTRŞ “Lider” TV ilə bağlı bəyanat yaydı

MTRŞ “Lider” TV ilə bağlı bəyanat yaydı
 Milli Televiziya və Radio Şurası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bəzi informasiya saytlarında "Lider” TV kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.

Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, "Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından "Lider TV” kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi "Lider” TV kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya  "Baku” TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.

Qeyd olunmalıdır ki, APA TV və "Baku” TV kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.

İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər”.

OXŞAR XƏBƏRLƏR

Xaricdə təhsil almış daha 82 nəfərin diplomu TANINMADI

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. ...

Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib.    Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyi...

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...