Koronavirusdan sağalan 90 nəfər qan vermək üçün müraciət edib - RƏSMİ

Cəmiyyət
20:00 / 21.08.2020
12038
90 nəfərə yaxın COVİD-19 xəstəliyindən sağalan şəxs koronavurus xəstələrinə qan vermək üçün müraciət edib.
Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, həmin şəxslər yoxlanılıb və 79 nəfərin qan verməsinə icazə verilib: " Həmin şəxslərdən götürülən qanla 231 plazma hazırlanıb. Bu plazmalar 179 xəstənin müalicəsinə istifadə olunub".