“İştirak eləmişəm, düz eləmişəm...” – Siyavuş Novruzov Mehdiyevin nəvəsinin toyundan danışdı

“İştirak eləmişəm, düz eləmişəm...” – Siyavuş Novruzov Mehdiyevin nəvəsinin toyundan danışdı
 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb. 

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub. 

Həmin toyda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı Ombudsman Səbinə Əliyeva da iştirak edib. Halbuki Siyavuş Novruzov xüsusi karantin rejiminin qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşdirilməsinin tələb edirdi.

Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.  

- Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz... 

- O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. 

- Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib. 

- Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

- Videoda belə görünmür axı...

 -Ola bilər sizin videoda belə veriblər.

- Bizim video deyil, toydan çəkilmiş videodur...

- Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

- Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

- Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən  boyda kişinin sözünü qoymusan, videoya inanırsan.

- Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

- Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda "naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

- Toy neçə saat çəkib?

- Mən onu deyə bilmərəm.

- Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

 - Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir. 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda zəlzələ oldu

Dünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.   Sfera.az xəbər verir ki, zəlzələ Qeqarkunik vilayətinin Qavar şəhərindən təxmi...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti mayın 2-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbər...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait a...

Xaricdə təhsil almış daha 82 nəfərin diplomu TANINMADI

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. ...

Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib.    Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyi...

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...