“O toy deyil, toplantıdır” - DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı AÇIQLAMA

“O toy deyil, toplantıdır” - DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı AÇIQLAMA
 

"Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.

Bu sözləri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.

Qeyd edək ki, dünən və bu gün ölkə mətbuatında AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı görüntülər yayılıb.

Son yayılan görüntülərdə isə toy mərasimində millət vəkili Siyavuş Novruzov, həyat yoldaşı və Ombudsman Səbinə Əliyeva və BDU-nun sabiq rektoru Abel Məhərrəmovun da iştirak etdiyi görünür.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən pandemiya ilə əlaqədar ölkə ərazisində toy mərasimlərinin keçirilməsi qadağandır.

Həmçinin kafe və restoranlarda bir masa ətrafında 6 nəfərdən çox insanın oturması da qadağan edilib.



OXŞAR XƏBƏRLƏR

Xaricdə təhsil almış daha 82 nəfərin diplomu TANINMADI

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. ...

Abdolbari Gozalın yerinə o təyin olundu - FOTO

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib.    Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyi...

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...

Trampın ad günündə hərbi parad baş tutacaq

ABŞ ordusu iyun ayında keçirilə biləcək genişmiqyaslı hərbi parad üçün hazırlıqlara başlayıb.    Sfera.az “Associated Press”nəşrinə ...

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...