"Azərsu"dan vətəndaşlara xəbərdarlıq

 
İçməli su itkisinin qarşısını almaq üçün nəzarət gücləndirilib.

Sfera.az xəbər verir ki, içməli su sektorunda israfçılıq və su itkilərinin qarşısının alınması məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəzarət-yoxlama tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar gücləndirilmiş iş rejimində çalışaraq gün ərzində və gecə saatlarında reydlər keçirir.Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. Son bir həftə ərzində
Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlırında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub. Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb. Belə bir hal Xəzər rayonu Mərdəkan qəsəbəsindədə aşkarlanıb. Su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb. Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsinin sakinləri tərəfindən özbaşına tikinti normalarına cavab verməyən su şəbəkəsinin yaradılması və magistral xəttə qoşulma faktı aşkarlanıb. Həmçinin Xəzər rayonu Binə qəsəbəsində aparılan nəzarət tədbirləri zamanı vətəndaşların xüsusi texnikaların köməyi ilə xəndəyin qazılması və uzaq məsafədən su xəttinin çəkilməsinə hazırlıqların görüldüyü aşkar edilib.

Qeyd edək ki, Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib. Eyni zamanda içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə vətəndaşlar və sahibkarlar ətraflı məlumatlandırılıb. Texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı,yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir. (REAL TV)
 


OXŞAR XƏBƏRLƏR