Avropa Parlamenti Belarusa qarşı sanksiyaları tezləşdirməyə çağırıb

Avropa Parlamenti Belarusa qarşı sanksiyaları tezləşdirməyə çağırıb
 Belarusdakı insan haqlarının pozulmasına qarşı sanksiyalar dərhal işə salınmalıdır.

Sfera.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri David Sassoli Avropa İttifaqının Belarusdakı vəziyyətə dair keçirdiyi növbədənkənar zirvə görüşü zamanı bildirib.

"Parlament Aİ Şurasını Avropa İttifaqının əlində mühüm alət olan sanksiyaları baş verən insan haqlarının ciddi pozuntularını yoxlamaq və cəzalandırmaq məqsədilə dərhal işə salmağa çağırır”, - deyən parlament spikeri həmin sanksiyalar arasında hakimiyyətdən sui-istifadə edərək vətəndaşların azadlıqlarını pozanların əmlakına həbs qoyulması tədbirinin də ola biləcəyini qeyd edib.

"Belarusun gələcəyini yalnız öz vətəndaşları onların azadlıqlarına zəmanət verən normal demokratik proses çərçivəsində təmin edə bilərlər. Ölkənin yaşadığı bu böhrana kənardan müdaxilə dözülməz olardı”, – deyən D.Sassoli ölkədə təqiblərin artması, hətta hərbi müdaxilə ehtimalının belə gündəmdə olduğunu diqqətə çatdırıb:

"Hamımızın borcu bu zorakılığı dayandırmaq, təqsirkarları məsuliyyətə cəlb etmək üçün nə lazımdırsa, etməkdir”.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...