Kəramət Böyükçöl sərbəst buraxıldı

17:30 / 19.08.2020
3879
Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
Sfera.az xəbər verir ki, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən sərbəst buraxılıb.
Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.
Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğundan qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.