İsmayıllılar həyat qurtarmaq üçün qan verdilər

İsmayıllılar həyat qurtarmaq üçün qan verdilər
 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək olmaq üçün İsmayıllıda növbəti qanvermə aksiyası keçirilib. "Qan ver! həyat qurtar!” şüarı ilə keçirilən aksiyanın məqsədi "COVID-19” pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etməkdir.

 

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub. Kampaniyaya qoşulanlar əvvəlcə müayinədən keçirilib. Bütün işlər karantin qaydalarına riayət olunmaqla icra olunub və uğurla başa çatıb.

 

Aksiyada risk qrupuna daxil olmayan rayon sakinləri, könüllülər, icra hakimiyyəti, təhsil, mədəniyyət, idman və digər sahələri əhatə edən dövlət qurumlarının əməkdaşları iştirak edib. Xeyirxah təşəbbüsdə iştirak etmək üçün 200 nəfərdən çox qeydiyyat olub.

 

İştirakçılarda motivasiyayaratmaq, onları ruhlandırmaq üçün rayon rəssamları tərəfindən qanvermə prosesi rəsm əsərləri ilə əbədiləşdirilib.

 

Xatırladaq ki, eyni adlı aksiya son dəfə cari ilin 13 may tarixində də keçirilib.


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...