Neft yenidən ucuzlaşıb

11:45 / 19.08.2020
2503
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,68% azalaraq 1 barelə görə 45,15 dollar təşkil edib.
Sfera.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,56% azalaraq 42,65 dollar təşkil edib.