Qəzza bölgəsindən İsrail ərazisinə raket atılıb

Qəzza bölgəsindən İsrail ərazisinə raket atılıb
 

Fələstinli radikallar Qəzza sektorundan İsrail ərazisinə raket atıblar.

Sfera.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl həyəcan siqnalının işə düşməsinin ardınca Qəzza bölgəsindən İsrail ərazisinə atılmış raket müəyyən edilib”, - məlumatda belə deyilir.

 

"TheTimesofIsrael” qəzetinin yazdığına görə,raket yaşayış olmayan ərazilərdə partlayıb.

Bundan bir qədər sonra "Kan” radiosu xəbər verib ki, raket zərbəsindən daldalanmaq üçün təxliyə olunan zaman 7 və 10 yaşlı iki uşaq xəsarət alıb. (apa)


OXŞAR XƏBƏRLƏR