Ermənistanı təxribatçı fikirlərə həvəsləndirən amillər – RƏY

Ermənistanı təxribatçı fikirlərə həvəsləndirən amillər – RƏY
 

"Ermənistan tərəfinin təxribatçı fikirləri onların Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən qorxduğunu göstərir”.

Sfera.az xəbər verir ki, bunu Ordu.az saytının rəhbəri Şahin Qocayev deyib. 

Onun fikrincə, Paşinyan hakimiyyətindən əvvəl, Sarqsyanın dövründə də bənzər təxribatçı bəyanatlar səsləndirilib:

"Seyran Ohanyanın müdafiə naziri olduğu vaxtda da Mingəçevir su anbarının, enerji-nəqliyyat infrastrukturunun vurulması ilə bağlı açıqlamalar verilib. İlk növbədə, Ermənistanı buna - təxribatçı fikirlərə həvəsləndirən amillərə baxmaq lazımdır.

Ermənistan nəyə görə belə açıqlamalar verir?

Əvvəlcə, "SKAD”lar, Aprel döyüşlərindən sonra isə Ermənistana "İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) verilməsi bənzər açıqlamalara səbəb oldu. "İsgəndər”lər də təbii ki, "M”lərdən və sonrakı modifikasiyadan geri qalır. "M”lərə nəzər salsaq, hətta Rusiya-Gürcüstan müharibəsində öz dəqiqliyini ümumiyyətlə göstərməyib. Azərbaycan isə buna İsraildən operativ-taktiki raket kompleksi, Belarusdan "Polonez” almaqla kifayət qədər tutarlı cavab verib. Yalnız "Polonez”i hesablasaq, bununla Dağlıq Qarabağ ərazisində düşmənin istənilən döyüş mövqelərini məhv etmək olar. Dəqiqlik məsələsinə gəldikdə isə "İsgəndər”dən artıq yüksək dəqiqliyə malikdir. Bu da özünü sınaqlarda göstərib”.

Ermənistanın Azərbaycanı terrorçuluqda ittiham etməsinə toxunan Ş. Qocayev bildirib ki, onlar Azərbaycanın infrastrukturu vurmaq istədiyini deyirlər. Əslində isə Ermənistan kimi nüvə terrorçuluğu ilə məşğul olan bir ölkənin ərazisindən dəfələrlə Gürcüstana daşınmalar həyata keçirilib:

"Yüzlərlə belə nümunə çəkə bilərik. Ermənistan tərəfi Tovuz döyüşlərindən sonra yalançı görüntülər çıxartdılar. Guya Azərbaycan yaşayış məntəqələrini vurur, lakin özləri Gəncə kimi çox sayda sakinləri olan şəhəri vurmaqla hədələyirlər. Bu baxımdan, bizim mövqeyimiz istənilən səviyyədə əsaslıdır”.

Ş. Qocayevin sözlərinə görə, buna səbəb ilk növbədə, qondarma qurumun məlum "seçki”lərində bu şəxsin seçilməsi və ümumiyyətlə "seçki”lərin qınanılmasıdır: 

"Bu şəxs özünü mediada təqdim etməli, dünyada tanıtmalıdır. Buna görə də müxtəlif formada təxribat xarakterli fikirlər səsləndirir. Bununla o, əslində öz reklamı ilə məşğuldur. Belə məsələlərə görə biz onun bəzi gülünc iddialarına cavab verməsə idik, daha düzgün olardı. Çünki bundan əvvəl də Goranboyun işğal edilməsi iddiaları ilə çıxış eləmişdi və buna qədər də qondarma "mərkəz”in Şuşaya köçürülməsi ilə bağlı bəyanat vermişdi. Bu kimi məsələlərə hərbi nöqteyi-nəzərindən baxdıqda, belə fikirlər onların Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən qorxduğunu göstərir. Düşmən və ətrafda olan qonşular yaxşı dərk edirlər ki, artıq dövr dəyişib. Artıq hadisələr Aprel döyüşlərindəki kimi anidən baş verməyəcək, biz öz ərazilərimizdə əməliyyatlar aparmaq hüququna malikik. Buna heç bir gözlənilməzlik qatılmayacaq. Çünki artıq faktiki olaraq, məlumdur ki, payız çox isti keçəcək. Sadəcə onlar özlərində müəyyən edib təskinlik tapmaq istəyirlər ki, görəsən, bu, nə vaxt  başlayacaq? Bir az da bizi qıcıqlandırıb əməliyyat sirlərinin sızdırılmasına çalışırlar. Ümumi yanaşsaq, bu kimi məsələlər populist yanaşma olsa da, özündə pərdəarxası məqamları ehtiva edir”. (mediapost)


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...