Azərbaycan "Qarabağ"ın sayəsində UEFA reytinqində irəlilədi

Azərbaycan
 

Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub.

Sfera.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo" (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.

Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...