Ərdoğan Avropanı hədələdi

Ərdoğan Avropanı hədələdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı Ankara ilə miqrasiya sazişinə dair vədlərini yerinə yetirməməkdə ittiham edib və Türkiyənin də vədini yerinə yetirməyəcəyi ilə hədələyib. 
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 
"Büdcəmiz hesabına təxminən 3 milyon insan (Suriya qaçqını –red.) saxlanılır. Avropanın vəd verdiyindən hələ heç nə edilməyib. əgər Aİ öz vədlərini yerinə yetirməsə, o zaman Türkiyə də sazişə sadiq qalmayacaq. İqtisadi cəhətdən bizdən yüksək olan ölkələr bu cür insanlıq göstərmədilər”, - Ərdoğan Ankarada polislər qarşısında çıxış edərkən bildirib. 
O əlavə edib ki, miqrasiya problemləri üzrə Türkiyə və Aİ sazişinə görə, Avropa İttifaqı Suriya qaçınlarının qəbulu üçün Türkiyəyə 6 milyard avro ayırmalı idi. 
Xatırladaq ki, Avropa İttifaqı üzv ölkələrinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu martın 18-də razılığa gəliblər. Razılaşmaya görə, Türkiyədən Yunanıstana gələn bütün qanunsuz miqrantlar geri qaytarılacaq, əvəzində isə türk vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək, Türkiyəyə 3 milyard avro ayrılacaq.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakıda Vyetnam liderini qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşıla...

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Sfera.az Oxu.az-a...

Mahir buna görə “Nürnberq”dən gedir - razılaşmayıblar

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonun "Nürnberq"dən ayrılacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu...

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi

Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.   Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agen...

Sənaye parkları bu elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fər...

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqla...