Malidəki üsyançılar prezident və baş naziri tutublar

Dünya
22:45 / 18.08.2020
6864
Malidəki üsyançıların lideri Bamakoda, ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sissenin həbs olunduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Qeyd olunub ki, prezident və baş nazir evlərində saxlanılıb.
Bildirilib ki, hazırda onlar zirehli avtomobillə üsyanın başlandığı Kati hərbi hissəsinə aparılır. (report.az)