İki avtomobil toqquşdu, xəsarət alanlar var

Hadisə
21:00 / 18.08.2020
2282
Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tovuz rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Məqsəd Şakir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Tağıyeva Nuranə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.