FIFA milli komandaların oyun cədvəlindəki dəyişiklikləri açıqladı

20:00 / 18.08.2020
4520
FIFA koronavirus pandemiyası səbəbindən milli komandaların oyun cədvəlində müəyyən düzəlişlər edib.
Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA istisna olmaqla, bütün konfederasiyalar üçün beynəlxalq oyunlar pəncərəsi 31 avqust - 8 sentyabr tarixlərindən 2022-ci ilin 24 yanvar - 1 fevral tarixlərinə təxirə salınıb.
Afrika Millətlər Kuboku 2022-ci ilin yanvarında keçiriləcək. Dəqiq tarix sonrakı mərhələdə müəyyənləşəcək.
Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyasının (CONCACAF) təşkil etdiyi Qızıl Kubokun ilkin mərhələsi 2021-ci il 2 - 6 iyulda, final mərhələsi isə 10 iyul - 1 avqust tarixlərində olacaq.
Həmçinin bu ilin 22 iyul - 7 avqust tarixlərində keçirilməsi planlaşdırılan qadınlar arasında Olimpiya Futbol Turnirinin vaxtı dəyişdirilib. Yarış 2021-ci 21 iyul - 6 avqustda keçiriləcək.
UEFA-dan başqa, bütün konfederasiyalarda milli komandaların 14 - 22 sentyabra nəzərdə tutulan beynəlxalq oyunlar pəncərəsi ləğv edilib.