25 nəfər ədliyyə orqanlarından xaric olunub - Nazirlik

19:30 / 18.08.2020
4427
Son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Sfera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib. 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb: "Bundan əlavə, Nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənmiş, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib".
Həmçinin bu ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb.