“Buna qanunu dəyişməklə nail olmaq olar” – Deputat

“Buna qanunu dəyişməklə nail olmaq olar” – Deputat

"Ermənistanla yox, onun sahibi ilə danışmaq lazımdır”.

"MediaPost”un məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirməlidir:

"Biz indi Türkiyənin olduğu hərbi-siyasi ittifaqa üzv olmalıyıq. Buna görə rəsmi qaydada NATO-ya müraciət etməliyik. Çünki Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalıyıq. Cəmiyyətimizdə bəzi nümayəndələr tələblə çıxış edirdilər ki, türk ordusu Azərbaycanda qalsın, ümumiyyətlə hərbi bazalar ölkədən çıxmasın. Mən də mövzu ilə bağlı demişdim ki, bunun üçün ilk olaraq, qanunvericilik dəyişməlidir. Milli Məclisin qərarı ilə təsdiq olunmuş hərbi doktrinada qeyd olunur ki, xarici hərbi bazaların yaradılmasına icazə verilmir. Yalnız hərbi-siyasi vəziyyətdə ciddi dəyişikliklər olduqda müvəqqəti xarici hərbi iştiraka icazə verilir. Üç gün ərzində bu qanunu dəyişmək olar. Yəni qanunu dəyişməklə hüquqi müstəvidə bu məsələni icra etmək mümkündür”.

Deputatın fikrincə, Azərbaycan müharibə vəziyyətində olduğu üçün özünə hərbi müttəfiqlər tapmalıdır:

"Hazırda Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Buna görə də Azərbaycan əvvəlcə özünün neytral mövqeyindən imtina etməlidir. Çünki müharibə vəziyyətində olan dövlət özünə hərbi müttəfiqlər tapmaq üçün bitərəf yanaşmasından uzaqlaşmalıdır. Bundan başqa, ordumuz NATO əsaslarında qurulmalıdır”.


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...