Azərbaycan bayrağına tələbat artdı – FOTOLAR

Azərbaycan bayrağına tələbat artdı – FOTOLAR

 

Son günlər cəbhədə baş verən hadisələrə ölkə əhalisi həssaslıqla yanaşır.

Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, orduya və əsgərlərimizə dəstək məqsədilə paytaxda, eləcə də regionlarda xeyli dəstək aksiyası keçirilir. 

Aksiyalarda əllərində bayraq tutan həmvətənlərimiz müxtəlif şüarlar səsləndirərək ordunun yanında olduqlarını ifadə edirlər. Eyni zamanda, bayrağımız təkcə gənclərin əllərində deyil, binaların eyvanlarında, maşınların üstündə, müxtəlif obyektlərin girəcəyində dalğalanır.

Əldə etdiyimiz məlumata görə,bayrağa ehtiyacın çox olduğu bir vaxtda  bəzi işbazlar artıq qiymət artımı ilə bağlı hərəkətə keçiblər. Belə ki, son hadisələrə qədər eni 50, uzunluğu 100 sm olan bayrağın qiyməti 3-4 manat arasında dəyişirdisə, hazırda qiymətlər yarıbayarı qalxaraq 5-7 manatadır.

Mağazalarda qiymətlər tam fərqlidir. Metr yarımlıq bayraq bir mağazada 8, digərində 10, başqa birində isə 12 manata satılır.

Mağaza satıcılarından qiymətlərin nə üçün qaldırıldığını soruşduqda isə, bizə hər hansı artım olmadığını, qiymətlərin əvvəlki kimi qaldığını dedilər. Bundan əlavə, xatırladırlar ki, sonuncu dəfə qiymət artımı cəbhə bölgəsində hadisələr başlamazdan öncə olub.

Qeyd edək ki, hazırda tələbat həddən artıq olduğu üçün bir çox mağazada bayrağın satılıb bitib.

 

 
 
 

OXŞAR XƏBƏRLƏR

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Imposs...

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...