"Fənərbaxça" seneqallı hücumçunu transfer etdi

İdman
12:40 / 18.08.2020
2310
"Fənərbaxça" yeni transferini açıqlayıb.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"nın hücumçusu Mame Tiamı transfer edib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Seneqallı futbolçu ötən mövsüm keçirdiyi 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.