Paşinyanın biabırçılığı və ya Ermənistan siyasətinin əsl siması

Paşinyanın biabırçılığı və ya Ermənistan siyasətinin əsl siması
 

Ermənistanın informasiya gündəminin ölkədə hansı proseslərin getməsindən asılı olmadığına dəfələrlə şahid olmuşuq. Eynilə indi, baş nazir Nikol Paşinyanın BBC kanalına verdiyi müsahibədən sonra müşahidə olunan informasiya gündəmi bunun təsdiqidir. 

Aralıq dənizində baş verən və Türkiyənin daxili işlərinə aid olan proseslərə qarışma, Belarusdakı hadisələri tənqid etmə, Livan ermənilərinin "gələcək taleyinin həllində” iştirak və daha nələrdən danışılmır ki... Təki diqqət Paşinyanın biabırçılığından yayınsın. Hətta iyul ayında Tovuz istiqamətində erməni təxribatının qurbanlarının mükafatlandırılması haqqında sərəncamın ortalığa atılması – təki tənqidlərə son qoyulsun. Lakin baş nazirin fırıldaqlarından bezən cəmiyyət ölkə rəhbərinin biabırçı müsahibəsindən hələ də eyforiyadadır.

Əlbəttə, səbəbkarın özü və hökumət baş nazir biabırçılığını ört-basdır etməyə çalışsa da, Paşinyan hələ də ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Hətta iyulda silahlı münaqişədə öldürülən zabitə "milli qəhrəman” fəxri adının verilməsi belə, kölgədə qaldı. 

Bəri başdan deyək, Paşinyanın vəzifəsini nəzərə alaraq bildirmək olar ki, müsahibə məsələsi onun üçün sürpriz deyildi. Yəni müsahibəyə "hazırlaşmaq” üçün yetəri qədər vaxt var idi. Əlbəttə, söhbət Paşinyanın ingilis dilini bilmə səviyyəsindən getmir. Maraqlısı başqadır. Səhv etmiriksə, on ay bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu verilişə dəvət olunmuşdu. Yadınızdadırsa, "HARDtalk” verilişinin aparıcısı Stiven Sakur (Stephen John Sackur) Mnatsakanyana onun özünün keçmiş və hazırkı fəaliyyəti barədə çox da məlum olmayan informasiyanı ictimailəşdirməklə, "diplomatı” aciz vəziyyətə saldı. Görünür, öz bilik və bacarığından həddindən artıq razı olan Paşinyan gözlənilmədən "tələyə düşdü”. 

Belə ki, on aylıq "gənc döyüşçü kursunu” keçən və özünə həddən artıq güvənən Paşinyan müsahibə zamanı bütün mümkün "dırmıqların” üstündə yetərincə gəzdi.

Söhbət ondadır ki, bu səviyyədə olan müsahibələrdə istənilən ölkə vətəndaşı verilişdə ölkəsinin başçısını, rəhbərini, səviyyəli təmsilçisini görmək istəyir, hansısa "mitinqin səs generatorunu” yox. 

İnternet meydanında "gözlənti və reallıq” tipli gülməli şəkillərə tez-tez rast gəlmək olur. Paşinyanın müsahibəsi bu cür şəkillərin hazırlanması üçün xeyli əsas yaradıb: 

Gözlənti – ölkənizin başçısı statusuna malik olan şəxs tərəfindən ölkənizi, problemlərinizi, mövqeyinizi, yaranmış vəziyyəti, məqsədləri layiqincə və yüksək səviyyədə təqdim etmə. Ən azı, mövzudan agah olan və danışığını bilən adam görmək;

Reallıq – zəif, hazırlıqsız, uğursuz bir adam. Bu adam da yüz illər boyu yürüdülən uydurma erməni siyasətinin bariz nümunəsidir, nəticəsidir

Uzaq keçmişdə yox, ikicə il bundan öncə həmin Paşinyan Ermənistan parlamentinin tribunasından qürrələnmirdimi? Maşınların hərəkətini dayandırmaq üçün yerdə uzanan Paşinyan deyilmi? Keçmiş hakimiyyətin "xirtdəyindən yapışıb” cavablar tələb edən Paşinyan deyilmi? Haradadır o Paşinyan - siyasətçilərə sərf etməyən sualları verməyi bacaran jurnalist? Zibil yığmaqla nümunə olub hamını "düz yola gətirən” Paşinyan deyilmi? Hara yoxa çıxıb? Mühərriki sönüb? İki il bundan qabaq "sərf etməyən sualları” ağızdolusu verən Paşinyan ondan soruşulan həmin suallardan nə tez boyun qaçırmağa çalışır? 

Ehtimal edək ki, müsahibənin necə olacağını təxmini bilən Paşinyan bu müsahibəyə getməyə də bilərdi. Amma görünür, getmək məcburiyyətində idi. Yəqin, Paşinyanı hakimiyyətə gətirən Sorosun verdiyi pullar ona seçim imkanı saxlamadı. Nəinki saxlamadı, hətta boğazında qaldı, çünki Paşinyanın xarici işəgötürənləri ondan tamamilə başqa nəticə gözləyirdi. 

Görünür, əlinə süpürgə alıb küçələri yığışdırmaqdan savayı heç nəyi bacarmayan yalançı inqilabçının müddəti bitmək üzrədir. Əgər sabah İrəvan küçələrində başında kepka, əlində süpürgə, üzü saqqallı bir süpürgəçi özünün keçmişində dahi siyasətçi olması haqda danışmasını eşitsəniz, təəccüblənməyin, çünki bu adam məhz Ermənistanın bugünkü baş naziri Nikol Vovayeviç Paşinyandır.  

Nikol Vovayeviç, özündən diqqət yayındırmaq üçün istədiyin qədər hərbçini öldürtdürüb mükafatlandıra bilərsən, ancaq yadında saxla ki, yer üzündə istənilən hərəkət fizika qanunlarına tabedir. Ayaq atdığın dırmığın dəstəyi həmişə alnına dəyəcək.  (mediapost)


OXŞAR XƏBƏRLƏR

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...